Avropa rəsmiləri İranın yaxın gələcəkdə Rusiyaya ballistik raketlər tədarük edəcəyini gözləyirlər.
Bu barədə "Bloomberg" agentliyi bildirib.
Mənbələr raketlərin növü və çatdırılma vaxtını açıqlamayıb, lakin tədarüklərin bir neçə gün ərzində başlaya biləcəyi deyilir.
Agentlik qeyd edir ki, Birləşmiş Ştatlar və NATO müttəfiqləri Tehranı belə bir addımla bağlı dəfələrlə xəbərdar edib və bunun qarşısını almaq üçün diplomatik səylər göstəriblər.