Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin Monqolustanda həbs oluna bilər? - Peskov cavablandırdı

Putin Monqolustanda həbs oluna bilər? - Peskov cavablandırdı

"Rusiyanın Monqolustanla münasibətlərində Beynəlxalq Cinayət Məhkəməsinin qərarları ilə bağlı heç bir problem yoxdur".

 Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 Monqolustan Putinin həbsinə order verildikdən sonra onun səfər edəcəyi BCM-nin yurisdiksiyasını tanıyan ilk ölkədir.

 “Bizim gündəliyimizdə belə bir problem yoxdur. Konkret olaraq Monqolustanla”, - Peskov jurnalistlərlə söhbətində deyib.

 Digər ölkələrlə belə bir problemin olub-olmaması ilə bağlı suala cavab olaraq mətbuat katibi bildirib ki, “səfər irəlilədikcə” Kreml bu barədə məlumat verəcək.

 2023-cü ilin martında BCM Rusiya prezidentinin uşaqların Ukraynadan qeyri-qanuni çıxarılmasına dair şübhələrlə bağlı həbsinə order verib. Qoşulduqdan sonra ratifikasiya etdikləri Roma Statutunun üzvü olan ölkələr orderi icra etməlidirlər. Monqolustan 2000-ci ildə bu sənədi imzalayıb və 2002-ci ildə ratifikasiya edib. Vladimir Putinin Monqolustana səfəri sabah, sentyabrın 3-nə planlaşdırılıb.

 

Daha əvvəl jurnalistlərlə söhbətində Dmitri Peskov bəyan edib ki, Kremlin BCM-nin qərarları və prezidentin Monqolustan səfəri ilə bağlı “narahatlığı yoxdur”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də