Rusiya ordusu Ukraynanın Xarkov vilayətini atəşə tutub.
Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov şəhərin atəşə tutulması nəticəsində azı 29 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində ticarət mərkəzi, idman infrastrukturu obyekti, yaşayış binaları zədələnib.
Bildirilir ki, zərbə "İskəndər" raketi ilə endirilib.
Rusiya ordusu hələlik heç bir açıqlama verməyib.