Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çin alimlərindən Ayla bağlı yeni icad

Çin alimlərindən Ayla bağlı yeni icad

Çində böyük həcmdə Ay məlumatlarının emal sürətini əhəmiyyətli dərəcədə artırmaq məqsədilə Yerin təbii peyki üzrə elmi sahə üçün dünyanın ilk peşəkar, multimodal böyük süni intellekt modeli (LLM) yaradılıb.

 Yeni model Çin Elmlər Akademiyasının Geokimya İnstitutu və “Alibaba” bulud kəşfiyyat qrupu tərəfindən Çinin cənub-qərbindəki Quiçjou əyalətinin paytaxtı Quiyanqda keçirilən Çin Beynəlxalq Məlumat Sənayesi Sərgisində təqdim edilib.

 Çinin Geokimya İnstitutu Ayın tədqiqi ilə bağlı dünyanın ən dolğun məlumat bankına malik hərtərəfli “rəqəmsal Ay” platforması yaradıb.

LLM-in bu rəqəmsal modeli Ay üçün “beyin” adlandırılır. LLM Ay kraterlərini müəyyən edir, onları ölçüsü, dərinliyi və forması ilə yaddaşda saxlayır və alimlərə Yerin təbii peykinin geoloji təkamülünü öyrənmək üçün mühüm əsaslar təqdim edir.

 Tədqiqatçılar indi yalnız Ay kraterinin şəklini daxil etməlidirlər və LLM onun formasını, ölçüsünü və yaşını müəyyən edəcək. Çinli alimlər bildirirlər ki, burada dəqiqlik əmsalı 80 faizdən çoxdur.

 Alimlər hesab edirlər ki, böyük məlumatlar əsasında aparılan tədqiqatlar elmin və texnologiyanın inkişafı prosesini dəyişdirir və Ayın rəqəmsal kəşfiyyatı Çinin Ay və planet elmi tədqiqatlarını və innovasiyalarını sürətləndirəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də