Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Serbiya Fransadan 12 qırıcı alır

Serbiya Fransadan 12 qırıcı alır

Serbiya Fransadan 12 "Rafale" qırıcı təyyarəsi alır.

 İndi ölkə ordusunda daha çox Rusiya Federasiyasından olan təyyarələr var.

 "Rafale" qırıcıları Serbiya Hərbi Hava Qüvvələrində xidmətdə olan Fransa istehsalı olan ilk döyüş təyyarəsi olacaq. Təyyarə istehsalçısı "Dassault Aviation" öz saytında Serbiyanın Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını açıqlayıb.

 Saziş Fransa prezidentinin Belqrada səfəri zamanı dövlət başçıları - Aleksandr Vuçiç və Emmanuel Makronun iştirakı ilə bağlanıb.

 2029-cu ilə qədər Serbiya Fransadan 9 tək yerlik və üç cüt yerlik qırıcı alacaq. AFP yazır ki, əməliyyat məbləği “3 milyard avroya qədər”dir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də