Tiflisdə Gürcüstan kralı II İraklinin abidəsi ucaldılacaq.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
“Onun fədakarlığı və müdrikliyi bizim Avropa kimliyimizin tərkib hissəsi olan Gürcüstanın xristian kimliyini qoruyub saxladı və Gürcüstanın və onun bütün qəhrəmanlarının tarixinə hörmət etmək hökumətin borcudur”, - deyə baş nazir İrakli Kobaxidze bildirib.