Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

70 illik bombaya görə 600 nəfər təxliyə olundu

70 illik bombaya görə 600 nəfər təxliyə olundu

Çexiyanın Litvinov şəhərində İkinci Dünya müharibəsindən qalmış aviabombanın tapılması ilə əlaqədar 600 nəfər təxliyə edilib.

 Modern.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi polisə istinadən məlumat yayıb.

Litvinovda yerləşən neft emalı zavodunun ərazisində 250 kq ağırlığında bomba aşkar edilib. Müharibə zamanı bu şəhərin ərazisində yerləşən sənaye obyektləri kütləvi şəkildə bombardmana məruz qalıb.

 Aşkar edilmiş bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Partlayış təhlükəsi böyük olduğundan istehkamçılar partlamamış sursatın şəhərdən çıxarılması və məhv edilməsi üçün ən münasib şəraiti yaratmalıdırlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də