Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranın yeni nazirləri təsdiqləndi: 3-ü azərbaycanlıdır - SİYAHI

İranın yeni nazirləri təsdiqləndi: 3-ü azərbaycanlıdır - SİYAHI

İran parlamenti prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib.

Parlamentin əksəriyyəti bütün nazirlərin lehinə səs verib.

 Pezeşkian parlamentdə çıxışı zamanı bildirib ki, İranın Ali Lideri Əli Xamenei və ölkənin kəşfiyyat orqanları artıq siyahıya razılıq veriblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin üzvlərinin orta yaşı 59 il 7 aydır. Nazirlər Kabinetinin üzvləri aşağıdakılardır:

 

Xarici işlər naziri - Seyid Abbas Araqçi

Müdafiə, logistika və silahlı qüvvələr naziri - Əmir Əziz Nəsirzadə

Təhsil naziri - Əlirza Kazemi

Əlaqələr və informasiya texnologiyaları naziri - Səttar Haşemi

ETTELAAT naziri - Seyid İsmayıl Xatib

İqtisadiyyat və maliyyə naziri - Abdul Naser Himmeti

Səhiyyə, müalicə və tibbi təhsil naziri - Məhəmmədreza Zəfərqandi

Əmək və sosial təminat naziri - Əhməd Midari

Kənd təsərrüfatı naziri - Qulamrza Nuri

Ədliyyə naziri - Amin Hüseyn Rəhimi

Yol və şəhərsalma naziri - Fərzanə Sadeq Malvacard

Sənaye, dağ mədən hasilatı və ticarət naziri - Məhəmməd Atabek

Elm, araşdırma və texnologiya naziri - Hüseyn Simai Saraf

Mədəniyyət və islam irşad naziri - Seyid Abbas Salehi

Daxili işlər naziri - İsgəndər Mömini

Mədəni irs və turizm naziri - Məhəmməd Reza Salehi Amiri

Neft naziri -  Möhsün Pahnejad

Energetika naziri - Abbas Əliabadi

İdman və gənclik naziri -  Əhməd Dünyamalı

 

Güney Azərbaycandan olan soydaşlarımızın sosial şəbəkələrdə paylaşdığı məlumatlarına görə, Məsud Pezeşkianın Nazirlər Kabinetində 3 nəfər azərbaycanlı da yer alıb. Bunlar Abdul Nasser Himmeti, Qulamrza Nuri və Əmir Əziz Nəsirzadədir.

 

Seyid Abbas Əraqçi, Seyid Abbas Salehi, Abdul Naser Hemmati, Seyid Reza Amiri və Hüseyn Simai Saraf islahatçı sayılan prezident Həsən Ruhani hökumətində, Amin Hüseyn Rəhimi, Abbas Əliabadi və Seyid İsmayıl Xətib həlak olmuş prezident İbrahim Rəisinin başçılıq etdiyi Nazirlər Kabinetində prezident müxtəlif vəzifələr tutub.

 

Seyid Səttar Haşemi və Fərzanə Sadek 47 yaşla hökumətin ən gənc, 66 yaşlı Naser Hemmati isə hökumətin ən yaşlı üzvləridirlər.

 

1372861


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də