Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukrayna taleyin ümidinə buraxılmayacaq - Alman nazir

Ukrayna taleyin ümidinə buraxılmayacaq - Alman nazir

Almaniyanın iqtisadiyyat naziri Robert Habek Ukraynaya əlavə dəstək vəd edib.

O, Kiyevi bu məsələdə əmin edib.

 Nazir deyib ki, Rusiyanın təcavüzündən müdafiə olunan ölkə G7 ölkələrinin Kiyevə vəd etdiyi 50 milyard dollar krediti ayıra bilib-bilməməsindən asılı olmayaraq, Almaniyadan kömək alacaq.

İqtisadiyyat naziri “Funke group” nəşrlərinə müsahibəsində deyib ki, Ukrayna ilə bağlı öhdəliklər yerinə yetirilməlidir: "Əgər kredit verilməzsə, dəstək başqa yollarla təmin edilməlidir".

 O vurğulayıb ki, silah sisteminin elə indidən sifariş olunmasını təmin etmək lazımdır ki, sonradan G7 fondlarından ödənilsin.

 Habek vurğulayıb ki, ABŞ-da Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə belə, Kiyevə dəstəyi dayandırsa belə, Ukraynanı taleyin ümidinə buraxmayacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də