Pakistan “yer-yer” tipli “Şahin II” ballistik raketinin sınaq buraxılışını uğurla həyata keçirib.
Bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaq buraxılışının məqsədi raketin müxtəlif taktiki-texniki göstəricilərinom yoxlanılması olub.
Sınaq, həmçinin dəqiqlik və HHM sistemlərindən yayınma qabiliyyətini artırmaq üçün istifadə edilən müxtəlif alt sistemlərin effektivliyini qiymətləndirmək məqsədi daşıyırdı.
Prezident Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şəmşad Mirzə alim və mühəndisləri bu nailiyyət münasibətilə təbrik ediblər.