Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İşçiləri işdən sonra narahat edən müdirlər cəzalandırılacaq

İşçiləri işdən sonra narahat edən müdirlər cəzalandırılacaq

Böyük Britaniyada Baş Nazirlik Ofisi iş saatları ilə bağlı mühüm qərar verib.

  Ofis iş saatları xaricində işdən tamamilə "qopmağın" məhsuldarlıq və ölkə iqtisadiyyatı üçün faydalı olduğunu açıqlayıb.

 Belə ki, Böyük Britaniya hökuməti işdən ayrılmaq hüququnu tanımağa hazırlaşır. Bununla insanların evlərinin həftənin 7 günü 24 saat ofisə çevrilməsinin qarşısının alınması hədəflənib.

 BBC-nin diplomatik müxbiri Cennifer MakKirnanın sözlərinə görə, nazirlər iş ilə əlaqələrin kəsilməsinin hüquq kimi tanındığı İrlandiya və Belçika kimi ölkələrdə modelləri araşdırırlar. Buna uyğun olaraq, məqsəd işçilərin işəgötürənlər tərəfindən daim narahat edilməməsini və ofisdən kənarda işləməyə məcbur edilməməsini təmin etməkdir.

 Baş Nazirlik Ofisinin sözçüsü müavini bildirib ki, işçilər bu yolla qorunacaq: “Yaxşı işəgötürənlər görəcəklər ki, işçilərini motivasiyalı və məhsuldar saxlamaq üçün onları işdən "qoparmaq" lazımdır. Həmişə işə hazır olmaq məhsuldarlığa zərər verə bilər”.

Mütəxəssislərin fikrincə, əməkhaqqının və yaşayış şəraitinin yaxşılaşdırılması üçün məhsuldarlığın təmin edilməsi çox vacibdir. Beləliklə, iş və şəxsi həyat arasındakı sərhədlərin qeyri-müəyyənləşməsinin qarşısını almaq istənir.

 İşçilər məhkəməyə müraciət edə bilərlər

 Hökumətin planlarında müxtəlif şirkətlərin, müxtəlif missiyaların ola biləcəyi də nəzərə alınıb. İrlandiyada işəgötürənlərin işçilər və həmkarlar ittifaqı ilə birlikdə şirkət siyasəti olaraq işdən "qopmaq" hüququna malik olması nəzərdə tutulur.

 Müvafiq olaraq, işçilərə iş vaxtından kənarda necə müraciət etməyin mümkün olduğuna dair qaydalar müəyyən edilir. Belçikada 20-dən çox işçisi olan şirkətlərin işdən "qopma" müqavilələrini həyata keçirməsi gözlənilir.

 Böyük Britaniyada bu təcrübə hakim Leyboristlər Partiyasının işçilərin hüquqları ilə bağlı təklif edəcəyi islahatlar paketinin bir hissəsi olacaq. Şərtlər pozularsa, işçilər məhkəməyə müraciət edə bilərlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də