
Avqustun 19-dan etibarən Rusiyanın Belqorod vilayətinin bəzi yaşayış məntəqələrinə giriş bağlanacaq.
Bu barədə vilayət rəsmisi Vyaçeslav Qladkov "Telegram"da məlumat verib.
O qeyd edib ki, Novostroevka-Vtoraya, Novopetrovka, Sovxoznı, Dobropolye və Kazaçok kəndlərinə giriş ərazidən sakinlərin təxliyə edilməsi məqsədilə bağlanacaq.
Sözügedən ərazidə qeydiyyatda olan hər bir sakinə 15 min rubl dəyərində kompensasiya ödəniləcək.