HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Haniyə atasının necə öldürülməsindən danışıb.
Bu barədə o, “əl-Ərəbiyyə” nəşrinə müsahibə verib.
O, atasının öldürülməsində istifadə edilən raketin mobil telefon siqnallarının izlənilməsi ilə idarə olunduğunu bildirib.
Haniyə atasının ölümünə hər hansı bomba qurğusunun səbəb olduğunu düşünmədiyini vurğulayıb.
Haniyə deyib ki, raket hadisədən bir gün əvvəl atasının otağında və başının yanında tapılan mobil telefonunu izləməklə idarə olunub:
"Atam mobil telefonundan istifadə edərək rəsmi mərasimdə iştirak etdiyi üçün bu əməliyyat çox da mürəkkəb deyildi”.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb.