Avqustun 14-də ATƏT-in Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərinin Müşahidə Missiyasının uzunmüddətli müşahidəçiləri Tomas Huq və Laura Villalba ilə “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı və ekspertlər- sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi iştirak edirdilər.
Görüşdə bu il sentyabrınının 1-də Azərbaycanda Milli Məclisə keçirilən deputat seçkiləri ilə bağlı geniş müzakirə aparıldı. Koalisiya üzvləri diqqətlə izlədikləri seçkiqabağı proses barədə öz mülahizələrini bildirdilər, ATƏT nümayəndələri ilə fikir mübadiləsi etdilər.