Əfqanıstanda 2021-ci ildə hakimiyyəti ələ keçirmiş Taliban qruplaşması 1,4 milyon əfqan qızı məktəb təhsilindən məhrum edib.
Bunu UNESCO açıqlayıb.
Talibanın hakimiyyəti altında olan Əfqanıstan dünyada qadınların orta və ali təhsil almasına qadağa qoyulan yeganə ölkədir.
2021-ci ildə hakimiyyətə gəldikdən sonra Taliban şəriət qanunlarına zidd olduğunu əsas gətirərək qızların altıncı sinifdən sonra təhsilini qadağan edib.