
Ağ Ev İsrail və HƏMAS-ı bu həftə Qəzzada keçiriləcək sülh danışıqlarında iştirak etməyə çağırıb.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan Pyer mətbuat konfransında deyib.
O bildirib ki, danışıqlar bərpa edilməlidir və atəşkəs regiondakı gərginliyin yumuşaldılması üçün ən yaxşı yoldur.
“Bütün tərəflər geri qayıtmalı və razılaşmanı yekunlaşdırmalıdır”, - deyə Ağ evin mətbuat katibi əlavə edib.