2023-cü ildə Avropada 48 minə yaxın insan istidən ölüb.
Bu, Barselonada yerləşən "ISGlobal" İnstitutunun “Nature Medicine” jurnalında dərc etdiyi araşdırma nəticələrində əks olunub.
Araşdırmaya görə, keçən il Avropada 47 690 nəfər istidən dünyasını dəyişib. Bu il son 10 ildə istiliklə bağlı ölümlərin ikinci ən yüksək sayı qeydə alınıb, yalnız 2022-ci ildə 60,000-dən daha yüksək göstərici müşahidə olunub.
Yunanıstanda hər milyon əhaliyə 393 ölüm baş verib, 229 ölümlə Bolqarıstan və 209 ölümlə İtaliya gəlir. Müqayisə üçün qeyd edək ki, Almaniyada belə ölümlərin sayı hər milyon əhaliyə 76 nəfər olaraq qiymətləndirilir.
Tədqiqat müəllifləri vurğulayırlar ki, hökumətin uyğunlaşma tədbirləri olmasaydı - səhiyyənin təkmilləşdirilməsi, erkən xəbərdarlıq sistemləri və əməyin mühafizəsi sahəsində irəliləyişlər olmasaydı, istilikdən ölənlərin sayı 80 faiz çox olardı.