
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.
Oo, bu barədə özünün “X” hesabında paylaşım edib.
İran Prezidenti Məsud Pezeşkian avqustun 1-də sabiq xarici işlər nazirini strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.
Zərif Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.
O, paylaşımında İran xalqından üzr istəyib və bildirib ki, Pezeşkianın qərarı onu universitetdəki müəllimlik işinə qayıtmalı olduğuna inandırıb.