RF Altay Respublikasının rəhbəri vəzifəsini icra edən Andrey Turçak regionda yol nişanlarında ingilis dilində olan yazıların altay dilində olan yazılarla əvəz edilməsini təklif edib.
O, "Rosavtodor"un rəhbəri Roman Novikovla regionda yol işlərinin gedişatının müzakirəsi zamanı bunu bildirib.
“Bir müddət əvvəl yaşayış məntəqələrinin adları (yol göstəriciləri) iki dildə - rus və altay dillərində yazılmışdı. Nə vaxtsa altay dili ingilis dili ilə əvəz olunub. Ədaləti bərpa edək, adları altay dilində qaytaraq. Bu, həm sakinlərimiz üçün daha rahat olacaq, həm də qonaqlarımıza faydalı olacaq”, - deyə cənab Turçak bildirib.
Altay Respublikasında 210 minə yaxın insan yaşayır. Bunların təxminən üçdə biri rus kiril əlifbasına əsaslanan yazı ilə türk ailəsinin dillərinə aid olan altaylılardır. Respublikada rus dili ilə yanaşı altay dili də rəsmi dildir. 2020-ci il Ümumrusiya Əhali Siyahıyaalmasına görə, bölgədə 60 mindən çox insan altay dilində danışır.
“Altay Respublikası ərazisində... yol və digər nişanlar Rusiya Federasiyasının dövlət dilində verilir. Altay Respublikası coğrafi obyektlərin adlarını və dizayn yazılarını, yol və digər nişanları Rusiya Federasiyasının dövlət dili ilə yanaşı, altay dilində də yazmaq hüququna malikdir”, - dillər haqqında regional qanunda deyilir.