
Ukrayna Təhlükəsizlik Xidməti və ölkə polisi Rusiya FTX-nin əmri ilə hərbi maşınları yandıran fitnes məşqçisini saxlayıb.
Bu barədə UNIAN məlumat yayıb.
İstintaqın məlumatına görə, 32 yaşlı müttəhim Kiyev, Dnepr və Odessada hərəkət edərək 6 gün ərzində bir neçə avtomobili məhv etməyə çalışıb. Xüsusilə, o, paytaxtda hərbi avtomobili yandıraraq, öz hərəkətlərini videoya çəkib.
Onu 8 ilə qədər həbs gözləyir.