Kamala Harris rəsmən ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd olub.
Hazırkı vitse-prezident noyabrda keçiriləcək seçkilərdə Respublikaçıların namizədi Donald Trampla yarışacaq.
Qeyd edək ki, bundan əvvəl Co Baydenin namizədliyi üzərində dayanılsa da, debatdakı uğursuz performansdan sonra ona kütləvi müraciətlər oldu və Bayden seçki yarışından geri çəkildi.
Harris prezident seçiləcəyi təqdirdə ABŞ-ın ilk qadın prezidenti olacaq.