Avqustun 10-da Ermənistanın Sünik vilayətində (Zəngəzur - red.) üçüncü Ermənistan-İran kulinariya festivalı keçiriləcək.
İranın beş vilayətindən iştirakçılar Sisiandakı Navasarda gedəcək.
Qeyd olunub ki, 2022-ci ildə İran festivalda 10-dan az pavilyonla təmsil olunub, bu dəfə isə müvafiq say 30-a yaxın olacaq.
Təşkilatçılar, o cümlədən Ermənistan Turizm Federasiyası, İranın Qafandakı Baş Konsulluğu və digərləri artıq festivalı beynəlxalq miqyasda keçirmək niyyətində olduqlarını bəyan ediblər.