Türkiyəli aktrisa Səma Çeyrekbaşı vəfat edib.
Bu barədə “Habertürk” məlumat yayıb.
Bir müddət əvvəl reanimasiyaya yerləşdirilən 73 yaşlı aktrisa bu gün dünyasını dəyişib.
Qeyd edək ki, sonuncu dəfə “Sandık Kokusu” serialında rol alan aktrisa “Kaybolan Yıllar”, “Kendi Düşen Ağlamaz” kimi ekran işlərində də çəkilib.