ABŞ Ədliyyə Nazirliyi "TikTok"sosial şəbəkəsini 13 yaşından kiçik istifadəçilərdən qanunsuz məlumat toplamaq ittihamı ilə məhkəməyə verib.
Nazirliyin məlumatına görə, platforma uşaqların şəxsi məlumatlarını valideynlərinin icazəsi olmadan toplayıb, onlara "TikTok" hesabları yaratmağa icazə verib və çox vaxt valideynlərinin onları silmək tələblərinə məhəl qoymayıb.
Bununla əlaqədar olaraq, ABŞ Ədliyyə Nazirliyi qanun pozuntularına görə sosial şəbəkə və onun ana şirkəti "ByteDance" cərimələməyi xahiş edib.
"TikTok" ittihamlarla razılaşmayıb