Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstan vətəndaşlarına təcili ÇAĞIRIŞ

Gürcüstan vətəndaşlarına təcili ÇAĞIRIŞ

Gürcüstan Ədliyyə Nazirliyi köhnə şəxsiyyət vəsiqəsi olan vətəndaşları təcili olaraq sənədlərini yeniləməyə çağırıb.

Ölkədə 2011-ci il iyulun 28-dək verilmiş şəxsiyyət vəsiqələri 2024-cü il iyulun 1-dən hüquqi qüvvəsini itirib.

 Sənədlərin yenilənməsi üçün əlavə müddət avqustun 1-də başa çatıb. Sənədlərin dəyişdirilməsi pulsuz həyata keçirilib, lakin on minlərlə insan bundan istifadə etməyib. Ehtimal ki, bunlar əsasən yaşlı insanlardır.

 Köhnə sənədlərdən istifadə etməklə artıq pensiya və ya sosial yardım almaq, şəxsiyyəti təsdiq edən sənəd tələb edən dövlət xidmətlərindən istifadə etmək olmayacaq. İctimai nəqliyyatdan, bankomatlardan və terminallardan istifadə məhdudlaşdırılıb.

 Evini tərk etməyən yaşlı insanlar üçün ədliyyə nümayəndəsini evlərinə çağırmaq mümkündür. Zəngi yaxın qohumlar edə bilər. Sənədlərin dəyişdirilməsinin özü pulsuzdur, ancaq evə çağırmaq üçün pul ödəmək lazımdır - Tiflisdə bunun qiyməti 130 laridir.

 Şəxs fəaliyyət qabiliyyəti olmayan elan edildikdə, yaxın qohumları ədliyyə şöbəsinə 100 nömrəli formada tibbi arayış təqdim etməlidirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də