Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ictimai nəqliyyatda istifadə edilməyən, lakin işlək vəziyyətdə olan 10 avtobusu qardaş şəhərinə - Ukraynanın Odessa şəhərinə göndərib.
İstanbul və Odessa 1997-ci ildən qardaş şəhər statusuna malikdir.
“Biz həmişə əsl qardaşlıq hissi ilə yaşamaq və başqalarını yaşatmaq əzmində olmuşuq. Bu anlayışla bu gün müharibə şərtləri ilə mübarizə aparan qardaş şəhərimiz Odessaya 10 İETT avtobusu hədiyyə edirik. Ümid edirəm ki, bu avtobuslar Odessada çətin nəqliyyat şəraitini bir az da olsa, yaxşılaşdıracaq və orada müharibənin ağır sınaqlarından əziyyət çəkən insanlar bir qədər müasir xidmətlə qarşılaşacaqlar.
Dəstəyimiz bundan sonra da davam edəcək”, - mer Ekrem İmamoğlu deyib.