Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaşar Güler Rustem Umerovla görüşüb

Yaşar Güler Rustem Umerovla görüşüb

Ankarada Türkiyə və Ukraynanın müdafiə nazirləri Yaşar Güler ​​və Rustem Umerov arasında danışıqlar aparılıb.

Bununla bağlı Umerovun rəsmi X səhifəsində paylaşım edilib.

 “Bu gün mən Türkiyənin müdafiə naziri Yaşar Güler ​​ilə görüşdüm. Görüş uzun və məhsuldar keçdi. Biz ikitərəfli müdafiə əməkdaşlığına dair bir sıra məsələləri müzakirə etdik. Konkret razılaşmalar və nəticələr əldə etdik. Mən Türkiyəyə dəstəyə görə təşəkkür edirəm”, - paylaşımda deyilir.

 Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də