
Ukrayna tezliklə ABŞ-dan 3,9 milyard dollar alacaq.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəsait müəllimlərin, dövlət qurumu əməkdaşlarının, dövlət qulluqçularının maaşlarının ödənilməsinə, o cümlədən məcburi köçkünlərə, aztəminatlı ailələrə və əlillərə ödənişlərə yönəldiləcək.
Bu, 2024-cü ildə ABŞ-dan birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Amerikanın bu il üçün nəzərdə tutulan maliyyə yardımının həcmi 7,8 milyard dollardır.