"Əgər yarımçıq sanksiyalar və yarımçıq qərarlar olmasaydı, biz artıq Putini dayandırardıq".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski fransız jurnalistlərə müsahibəsində deyib.
“Ukrayna özü üçün, yaşamaq üçün mübarizə aparır və əgər bütün dünya bizim kimi düşünsəydi, mən əminəm ki, əgər bizim yarımçıq sanksiyalarımız və yarımçıq qərarlarımız olmasaydı, əlbəttə ki, biz Putini dayandırdıq", - o qeyd edib.
"Dünya daha böyükdür, daha güclüdür, daha prinsipialdır, amma hər şey yarımçıq sanksiyalıdır”, - Zelenski əlavə edib.