
Bu barədə “RİA Novosti” Moskva vilayətinin hüquq sistemi mərkəzinin rəhbəri Aleksandr Xaminskiyə istinadən məlumat yayıb.
“Dmitri Bulqakovun tərcümeyi-halına əsaslansaq, onun xidməti yalnız maddi-texniki təchizatla bağlı vəzifələrdə olub. Bu səbəbdən də çox güman ki, o, fəxri addan məhrum ediləcək”, - Xaminski deyib.
Bulqakov daha üç nəfərin həbs olunduğu cinayət işində şübhəli bilinir. İyulun 26-da keçmiş müdafiə nazirinin müavini korrupsiya ilə bağlı cinayət işi üzrə həbs edilib.
Bulqakov Müdafiə Nazirliyində işləyərkən ordunun maddi-texniki təminatına cavabdeh idi.


