Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İstanbul sahillərində insansız vasitə aşkarlandı

İstanbul sahillərində insansız vasitə aşkarlandı

Bu gün yerli vaxtla saat 12:00 radələrində İstanbulun Yalıköy sahilində mənşəyi indiyədək müəyyən edilməyən insansız dəniz vasitəsi aşkarlanıb.

Bu barədə İstanbul Valiliyi yazılı açıqlama yayıb.

 Məlumata əsasən, bölgəyə ölkənin təhlükəsizlik qüvvələrinin müvafiq qrupları cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində dəniz vasitəsinin aşkarlandığı ərazi nəzarətə alınıb, buradakı vətəndaşlar təxliyə ediliblər.

 

Qara dənizin şimalından gəldiyi ehtimal edilən insansız aparatın uzunluğunun üç, genişliyinin isə bir metr olduğu bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də