Gürcüstanın ədliyyə naziri Rati Breqadze Tbilisinin özəl “Vivamed” klinikasında olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin yaxşılaşdığını bildirib.
“Onun səhhətinin vəziyyəti daim nəzarətdə və nəzarətdədir. ...Şəxsən mən çox şadam ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb və ona cansağlığı arzulamaq istəyirəm”, - deyə Breqadze jurnalistlərə bildirib.
Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi ehtimalını növbəti dəfə şərh edib: “Əlbəttə, həkimlər səhhətinin vəziyyətini qiymətləndirirlər. Sadəcə onu təsdiq edə bilərik ki, həkimlər hazır olan kimi o, cəzaçəkmə müəssisəsinə köçürüləcək, çünki prinsip çox sadədir: məhkum cəzaçəkmə müəssisəsində olmalıdır”.