Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Simpsonlar”da Harrisin ABŞ prezidenti olacağına işarə var - VİDEO

“Simpsonlar”da Harrisin ABŞ prezidenti olacağına işarə var - VİDEO
Co Bayden prezidentlik yarışında iştirakdan imtina etdikdən sonra vitse-prezident Kamala Harris əsas potensial demokrat namizəd hesab olunur.


Məşhur “Simpsonlar” cizgi filminin pərəstişkarları cizgi serialında Amerikanın siyasi reallığına istinadlar tapıblar.

Beləliklə, "Gələcəkdə Bart" (2000-ci ilin buraxılışı) epizodunda Liza Simpson ABŞ tarixində ilk qadın prezident olur. Bu epizodda “Simpsonlar”ın animatorları Lizaya mirvari boyunbağı, bənövşəyi kostyum və böyük mirvari sırğalar hədiyyə edirlər.

Kamala Harris 2021-ci il yanvarın 20-də ABŞ-ın vitse-prezidenti kimi and içərkən məhz belə geyinmişdi. Baydenin namizədliyini irəli sürməyəcəyini elan etdikdən sonra “Simpsonlar” şousunun aparıcısı El Jean “X” mikrobloqunda ““Simpsonlar” proqnozunun bir hissəsi olmaqdan qürur duyuram" yazıb.

Eks-prezident Donald Trampın adı da “Simpsonlar” proqnozlarında hərdən-biə görünür. Belə ki, sözügedən epizodda Liza prezident Trampı əvəz edir və büdcədə böyük boşluq buraxdığından şikayətlənir.

2015-ci ildə yayımlanan başqa bir epizodda Homer Simpson diqqətini Trampın 2024-cü il kampaniyası posterinə yönəldir. Simpsonlar həmçinin ABŞ seçkilərində səsvermə maşınları ilə bağlı problemləri və Ledi Qaqanın Super Bouldakı çıxışını proqnozlaşdırıblar.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də