
Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq.
Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bazar günü CNN-ə açıqlamasında bildirib.
O, CNN ilə telefon söhbətində Baydeni ABŞ tarixinin ən uğursuz dövlət başçısı adlandırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden prezident seçkilərində iştirak etməyəcək. O, vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırıb.