
Prezidentlik yarışından geri çəkilən ABŞ lideri Co Bayden vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsini təklif edib.
Bu barədə o, özünün tvitter hesabında yazıb.
“Bu gün mən partiyamızın bu il vitse-prezidentliyə namizədi Kamala Harrisə tam dəstəyimi və təsdiq etdiyimi bildirmək istəyirəm. Demokratlar, birləşmək və Donald Trampı məğlub etmək vaxtıdır. Gəlin bunu edək”, – Bayden bildirib.