İran çoxmillətli ölkədir. İranın cənub-qərbində, əsasən Luristan, Cahar-Mahal, İsfahan və Xuzistan vilayətlərində yaşayan bəxtiyarilər tayfası özünəməxsus adət-ənənələrlə seçilir.
Bu tayfadan olan insanların bəziləri köçəri həyat tərzi sürməkdə davam edir, bəziləri isə çoxdan oturaq həyat tərzinə keçiblər.
Bəxtiyarilər etnik mənsubiyyətinə əsasən Qərbi İranda yaşayan lur xalqının yarımqrupudur. İranda bəxtiyarilərin sayı 1 milyon nəfərdən çoxdur. Onlar Hind - Avropa dil ailəsinin Hind - İran qrupuna daxildirlər.
Bəxtiyarilər İranda həm də maraqlı toy adət-ənənələrilə fərqlənirlər.
Bu tayfanın toy mərasimini əks etdirən foroları təqdim edirik.
Xəbəri paylaş