Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Havadan su əldə edən torpaq hidrogeli yaradılıb

Havadan su əldə edən torpaq hidrogeli yaradılıb

ABŞ-ın Ostin şəhərindəki Texas Universitetinin tədqiqatçıları havadan su əldə edə bilən və bitkiləri daimi qidalanma üçün idarə olunan miqdarda gübrə ilə təmin edən yeni torpaq növü hazırlayıblar.

 Bu innovativ sistem eksperimentlərin nəticələrinə görə daha az su və gübrə istifadə etməklə, həm də adi torpaqla müqayisədə iri və sağlam bitkilərin böyüməsinə kömək edən hidrogel əsasında hazırlanıb.

 

Yeni texnologiya suvarma və gübrələmə ehtiyacını minimuma endirməklə, fermerlərin yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Texnologiya həm də quraqlıq bölgələrindən mülayim zonalara qədər müxtəlif iqlimlərdə tətbiq oluna biləcək qədər çoxyönlüdür.

 

Tədqiqatın nəticələri “ACS Materials Letters” jurnalında dərc olunub. Təcrübələr zamanı hidrogel ilə yetişdirilən bitkilərdə normal torpaqla müqayisədə gövdə uzunluğunun 138 faiz artdığı göstərilib. Dəyişikliyə məruz qalmış torpaq, həmçinin suya təxminən 40 faiz qənaət edir ki, bu da suvarma ehtiyacını əhəmiyyətli dərəcədə azaldır və məhsulun davamlı inkişafını təmin edir.

 

Müasir kənd təsərrüfatı dünyadakı şirin suyun 70 faizindən, bəzi inkişaf etməkdə olan ölkələrdə isə 95 faizə qədərindən istifadə edir, eyni zamanda, planetimizin əhalisi də durmadan artır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) davamlı qida istehsalını və suyun idarə edilməsini təmin etmək üçün suvarma səmərəliliyinin artırılmasının, suya qənaət edən texnologiyaların tətbiqinin və aşağı həcmdə su tələb edən məhsulların təşviqinin vacibliyini vurğulayır.

 

Alimlər qeyd edirlər ki, qlobal su qıtlığı əhalinin artması ilə birlikdə ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir. Yeni hidrogellər müasir dayanıqlı kənd təsərrüfatında su ehtiyatlarının qorunması və səmərəli qida məhsullarının yetişdirilməsi üçün aktual ehtiyacları qarşılamağın perspektivli həll yolunu təklif edir.

 

Ənənəvi əkinçilik üsulları, xüsusən də suvarma və gübrələmə prosesləri sudan səmərəsiz istifadə və ətraf mühitin deqradasiyası da daxil olmaqla ciddi problemlərlə üzləşir. İqlim dəyişikliyi və artan su qıtlığı ilə daha səmərəli və davamlı suvarma üsullarına ehtiyac həmişəkindən daha aktualdır. Bundan əlavə, ənənəvi gübrələmə üsulları çox vaxt qida maddələrinin həddindən artıq kimyəvi təsirə məruz qalması, ərzaq məhsulları istehsalının səmərəliliyinin azalması və ətraf mühitin çirklənməsi ilə nəticələnir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də