
Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 12-dək məzuniyyətə çıxıb.
Bu barədə “Sputnik Ermənistan”a onun mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
"Paşinyan iyulun 15-dən məzuniyyətdədir. Baş nazir bunun böyük hissəsini Ermənistanda keçirəcək", - o qeyd edib.
Nikol Paşinyan bu həftə Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcəyi üçün məzuniyyətini yarımçıq qoyacaq.