Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilərin heç bir partiyaya səs çoxluğu qazandırmadığını nəzərə alaraq, parlamentə geniş koalisiya danışıqları aparmaq təklifi edib.
Bu barədə “France 24”ün məlumatında bildirilib.
Makron deyib ki, deputatlar idarəetmə proqramını müzakirə etmək üçün müəyyən vaxt tapdıqda o, yeni baş naziri təyin edəcək və indiki hökumət hələlik hakimiyyətdə qalacaq.
İyulun 7-də Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başa çatıb.
Seçkilərdə ultra solçu “Yeni Xalq Cəbhəsi” birinci, Emmanuel Makronun koalisiyası ikinci yeri tutub. Rusiyayönlü fikirləri və bəyanatları ilə tanınan Marin Le Penin partiyası üçüncü yerdə gəlir.