Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyada qiyabi həbs edilib.
Qərarı Moskvanın Basmannı məhkəməsi istintaq qurumunun tələbi ilə qəbul edib.
Navalnaya ekstremist icmada iştirakda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur.
Qeyd edək ki, ötən həftə Yuliya Navalnaya Qarri Kasparovu əvəzləyərək İnsan Haqları Fondunun rəhbəri olub.