
Fransanın baş naziri Qabriel Attal parlament seçkilərinin ilkin nəticələrini açıqladıqdan sonra istefa verəcəyini bəyan edib.
O, iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini deyib.
“Bu gecə təmsil etdiyim siyasi partiya səs çoxluğu qazana bilmədi. Sabah səhər mən istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – deyə Qabriel Attal bildirib.
O qeyd edib ki, yeni hökumət qurulana qədər baş nazir vəzifəsini davam etdirəcək.
Xatırladaq ki, Attal 2024-cü ilin yanvarından hökumətə sədrlik edir.