Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hərbi atlar Londonda qalmaqala səbəb oldu 

Hərbi atlar Londonda qalmaqala səbəb oldu 

Aprel ayından bəri ikinci dəfədir ki, hərbi atlar məşq zamanı qaçaraq Londonun mərkəzi küçələrini qarışdırıblar.

Hadisə ilə bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, bazar ertəsi səhər saatlarında məşq edərkən Məişət Süvari Alayından üç at qaçıb. Bildirilir ki, Britaniya Ordusu və şəhər polisi tərəfindən qısa müddət ərzində atlar alaya geri qaytarılıb. Atlardan biri yaralansa da, hərbçilərdən xəsarət alan olmayıb.

 Qeyd edək ki, bu ilin aprelində də Londonda Bukinqem sarayı ətrafında məşq edən süvari birliyindən beş at qaçmışdı. O zaman atlar küçədən keçən dörd nəfəri yaralamışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də