Polşa və Ukrayna iyulda keçiriləcək NATO sammitindən əvvəl təhlükəsizlik sazişi imzalayacaq.
Bunu Polşanın baş naziri Donald Tuskun deyib.
O bildirib ki, sənədin imzalanması ehtimalı 99% təşkil edir, lakin ölkənin öz təhlükəsizliyini riskə atmadan Ukraynaya dəstəyini necə davam etdirə biləcəyini təsvir etmək lazımdır.
"Biz kömək edəcəyik, çünki sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir, lakin biz bilavasitə təhlükəsizliyimizi, yəni imkanlarımızı zəiflədəcək heç nə etməyəcəyik. Söhbət döyüşçülərdən, silahlardan gedir ki, bu da bəzən Ukrayna üçün olduğu qədər Polşa üçün də zəruridir", - Tusk qeyd edib.