
Ermənistanın Kotayk vilayətinin keçmiş prokuroru Apres Qriqoryan ölkənin baş prokuroru Anna Vardapetyana qarşı məhkəmədə qalib gəlib.
Bu barədə "Joğovurd" qəzeti öz mənbələrinə istinadən yazıb.
Belə ki, Qriqoryan 2023-cü ilin avqustunda Vardapetyanı onun telefon danışıqlarının dinlənilməsi ilə əlaqələndirdiyi işdən çıxarılması ilə bağlı məhkəməyə verib.
Nəşrin məlumatına görə, mayın 24-də Kassasiya Məhkəməsi Qriqoryanın şikayətini təmin edib və indi o, işə bərpa olunmalıdır.