İranda prezidentliyə 6 namizəddən 1-i, parlament sədrinin keçmiş müavini Seyid Əmir Hüseyin Qazizadə Haşimi seçkilərdən geri çəkildiyini bəyan edib.
Haşimi X-dəki səhifəsində namizədləiyini geri götürdüyünü yazıb.
“İnqilab qüvvələrinin birliyini qorumaq üçün və İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının (İranda mühafizəkar partiyalar koalisiyası), eləcə də bəzi üləma və rəğbətli şəxslərin tələbinə cavab olaraq, namizədlikdən imtina etdim. Ümid edirəm ki, digər üç qardaşım fürsətdən istifadə edərək hərəkat inqilabını birləşdirib gücləndirəcəklər”.
Qazizadə Haşiminin sözlərinə görə, indi onun vəzifəsi “ölkənin maraqlarını qorumaqdır”.
Beləliklə, sabah keçiriləcək seçkilərdə 5 namizəd qalıb:
Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.