
RF Dağıstanda qohumları sinaqoq və kilsələrə hücumda iştirak edən Serqokalinski rayonunun keçmiş rəhbəri Məhəmməd Ömərov xırda xuliqanlıq ittihamı ilə saxlanılıb.
Bu barədə TASS məlumat yayıb.
İyunun 23-də Mahaçqala və Dərbənddə bir neçə nəfər kilsələrə, sinaqoqlara və polis əməkdaşlarına hücum edib. Nəticədə 20-dən çox insan ölüb. Hücum edənlər arasında Ömərovun iki oğlu Osman və Adil də olub.