Danimarka Ukraynaya yeni yardım paketi elan edib.
Bu barədə UNIAN məlumat yayıb.
Ölkənin müdafiə naziri Trols Lund Poulsenin sözlərinə görə, Kopenhagen bu yardım paketi ilə Ukraynanın burada və indi ehtiyaclarını maksimum dərəcədə təmin edəcək.
Dəstəyə Ukrayna müdafiə sənayesi üçün maliyyə, F-16 qırıcıları üçün əlavə avadanlıq, qısa və uzunmüddətli perspektivdə hərbi texnika istehsalı üçün vəsait daxildir.