2022-ci ildən bəri Ukraynanın Donetsk vilayətinin işğal olunmuş hissəsinə 100 minə yaxın miqrant daxil olub.
Söhbət Şimali Qafqaz, Orta Asiya, xüsusən də Tacikistan və Özbəkistandan olan əhalidən gedir.
Bildirilir ki, miqrant axınının miqyası o qədər böyükdür ki, işğal administrasiyası vəziyyətə nəzarəti itirməyə başlayıb və regionda cinayətkarlıq xeyli artıb.
Qeyd olunub ki, administrasiya bununla mübarizə aparmağa çalışır, lakin hələlik heç bir nəticə yoxdur.