Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Özündən 27 yaş kiçik musiqiçi ilə sevgilidir? - FOTO


61 yaşlı amerikalı aktrisa Demi Murun 34 yaşlı musiqiçi Co Conasla sevgili olduğu iddia olunur.

Cütlüyü Fransada hotellərin birində səhər yeməyi zamanı görüblər.

Məlumata görə, Murla Conasın ortaq dostları da var və onlar Kann kino festivalı zamanı tanış olublar.

Co Conasın instaqram hesabında Demi Murla rəqs edərkən videosunu görmək olar.
 

Qeyd edək ki, Co Conas 4 il aktrisa Sofi Törnerlə ailəli olub. Onların iki qız övladı var. 2023-cü ilin sentyabrında boşandıqlarını açıqlayıblar.

Demir Mur isə üç dəfə ərdə olub: 1980-1985-ci illərdə rok-musiqiçi Freddi Murla, 1987-2000-ci illərdə aktyor Brüs Uillislə, 2005-2013-cü illərdə isə aktyor Eşton Kutçerlə. İkinci nikahından üç qızı var - Rumer, Skaut və Tallulu.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də