
Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 bal gücündə zəlzələ olub.
Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Saat 02:03-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.